Tək çıxış yolu- təşkilatlanmaq

Paytaxtın küçələri yolları işıqlandırıldıqca, binaların fasadları ağardıqca vətəni zülmətə bürüyürlər. Ölkəni qaranlıqlar içərisində idarə etmək istəyirlər. Hər tərəfdə zülmət, xof, qorxu bərqərar etmək cəhdindədirlər. Bunun üçün əllərindəki mümkün vasitlərindən, ən çox da həbslərdən yararlanırlar. Ardıcıl həbslər, təzyiqlər qorxu yaradırmı? Əlbəttə, yox. 2011-ci ilin tələsik və alovlu 2 aprel mitinqindən sonra demokratik cinahda həbslərə hamı tərəfindən ümumi bir münasibət yaranmışdı: həbslər adiləşdi. İndi isə adiləşmiş həbslərdən “qorxmuruq” reaksiyası var. Gerçəkdən qorxu yaranmır. İlham Əliyevin bu siyasətinə “qorxmuruq” cavabında reallıq hissini itirmək yoxdur. Hər kəs anlayır ki, “qaranlıqların aydınlığa çevrilməsi “ üçün yanmaq az qala görəvdir. 2009-cu ildə “Dezrjiniskinin” həbsxana gündəliyində çara etiraz edən gəncəcik qızların işgəncələrə müqavimətini oxuduqda “köklü dəyişikliklərə yol həbsxana divarları arasından keçir” yazmışdım. Ziyalı gənc bir xanım bu cür fikirlərin insanların qəlbində qorxu yaratdığı şərhini yazmışdı. Zaman elə gətirdi ki, sıralarımızdan 17-18 yaşlı gənclərv və xanım Leyla Yunus məhbus oldu. Həbslərsiz olmur, cəza aparatı İlham Əliyevi Siyavuş Novruzovu başqa cür yap kreslosunda qoruyub saxlaya bilmır. Həbslərin fəallarda hakimiyyətin istdəyi qorxunu yaratmamasına əminliyimiz var. Ancaq suallar da var. Hər həbsdən sonra “növbə kimindir”, “həbsləri durdura biləcəyikmi” sualları yaranır. Talançı iqtidarın hər həbs addımından sonra məhkəmə önünə toplaşmaq, məhkəmlərdə iştirak, sosial şəbəkələrdə əzm nümayişi, hər cür müdafiə, dəstək hərəkətləri zəruridir. Ancaq yetəlidirimi? Bunlar dostlarımızı azad edə bilirmi, yenilərin həbsinə mane olurmu? O zaman çıxış yolu nədir? Təşkilatlanmaq. Təşkilatlanmaq yüzlərin, minlərin on minlərə intizamlı çevrilməsidir. Təşkilatlanmaq sifarişli məhkəmə qərarlarını qorxaq hakimlərin üzünə çırpan kütləvilikdir. Rejimə hiddət ifadə edən sistemli və idarə olunan çoxluqdur.Təşkilatlanmaq bizim məhkəmə qarşısındakı həm də özünü müdafiə tədbirlərimizdən xəbəri olmayan, xəbəri olub tərəddüd edənlərə əl uzadıb yatmış kütlənin içindən sırlarımıza çəkməkdir.
1915626_105227296155333_1066813_n
Təşkilatlanmanın konkret zamanı varmı? İndiyədək ölkənin aparıcı partiyası, gənclər təşkilatları təşkilatlanma istiqamətində müəyyən səviyədə iş aparıb. Uğurlu nəticələr də var. Ancaq bu ali məqsədə çatmaq üçün yetərli deyil. Odur ki, indi bir daha sıraların genişlənməsi üçün cəmiyyətin siyasi fəallığının artacağını, hər hansı seçki dövrünü gözləmək gecdir. Təşkilatlanmaq üçün bu gün vaxtdır, sabah gecdir. Kütləvi narazılar varsa, onların fəal etirazçıya çevrilməsinin zamanıdır.
Təşkilatlanmanı kimlər həyata keçirməlidir? Təşkilatlanma böyük miqyaslı işdir. Tərəddüdlü, hökumətin yaratdığı problemlərdən əziyyət çəkənlər, ölkəsini başqa cür görmək istəyənlər qruplara bölünməklə təşkilatçıların hədəfində olmalıdır. Təşkilatçılar hər yerdə- avtobusda, toyda, yasda hökuməti sərt tənqid etməklə, ifşa etməklə insanları cəlb edə bilməz. Bu sadəcə mövcud iqtidar komandasının və onun rəhbərinin ifşası ola bilər. Dağınıq, nizami olmayan, ucadan sərt çıxışlar əksinə kimlərisə qorxuda bilər. Yenilərin cəlbi planlaşdırılmış iş və təlimatlandırılmış komanda tərəfindən həyata keçirilməlidir. Təşkilatlanma siyahını qarşıya qoyub zəng və ya mesajla adamları bir yerə, bir meydana çağırmaq deyil. Hansısa fors-major məqamda adamları meydana çəkmək olar. Bunun üçün bir anda cəmiyyətdə bomba kimi partlayan, əksəriyyəti hiddətləndirən nəsə baş verməlidir. Hətta bu məqamda da xüsusi hazır qruplar olmasa, yönləndirmək, zorakılıqdan uzaq tutmaq komandaları olmasa, həmin enerji heçə çevriləcək. Təşkilati iş ardıcıl, məsuliyyətli, təmkinli olmağı tələb edir. Həm də bu proses boyunca görəvləndirilmişləri ruhlandırmaq, onlara bunu artıq bacara bildiklərini aşılamaq zəruridir. Əksi olan bir mənalı danlaq, “siz bacarmadınız” mesajları işi bəri başdan uçuruma yuvarlamaqdır.
10565081_816417358389347_802474747381668906_n

Hazırda bizim təşkilatlanma üçün imkanlar hansı səviyyədədir? Ardıcıl repressiv tədbirlər dərin qorxu yaratmırsa, əksinə hiddət ve dönməzlik yaradırsa, ortada kifayət qədər şəxsi nümunələr- həbsdə olan əfvdən imtina edib nisbi azadlıqda olanlara ruh vermələri varsa, bu əla imkanlar yaradır. Hökuməti ifşa edən müxtəlif janrlı yazılar, siyasətçilərin nitqləri bizim hədəf qruplarını düşünməyə vadar edir. Ən azından məlumatlandırır. Bu fürsətləri qaçırmaq işə zərbədir. Ən mühüm məqamlardan biri odur ki, qarşı tərəfi idealistcəsinə dəstəkləyənlər yoxdur. Əgər demokratlara yaxın media qurumları yüksek reytinqlə, hakim partiyanın mətbu orqanları sıfır reytinqlə oxunursa, deməli, cəmiyyətin informasiyalı təbəqəsinin maraq və diqqəti bizdədir.
Sonda tarixi bir faktı, nümunəni sizlərə çatdırmağı əhəmiyyətli bilirəm. Hazırda iqtidar sahibi olan Ukraynanın keçmiş müxalifəti ötən seçkiyə 30 min məntəqə üzrə 1.5 milyon könüllü kampaniyası hazırlamışdı. Yəni hər məntəqədə 50 nəfər könüllü səslərin qorunması üçün savaşmalı idi. Milyon yarım ukraynalı təkcə seçki müşahidəçisi idimi? Məhz, Avromeydana toplaşıb Yanukoviçi dəyişənlər onlar idi.
Belə bir nümunə bizə nə deyir? Yüzlərlə təşkilatçının ardıcıl, planlı iş sisteminə keçməsi üçün gecikmirikmi?

aa

Kateqoriya:Kateqoriyasız

Bir şərh yazın