İşgəncəli islahatların yuvası – cəzaçəkmə müəssisələri

“Mən ehtiyat edirəm ki, məhkumların yaxşı saxlanması onları yenidən cinayətə sövq edə bilər”

(Penitensiar Xidmətin rəis müavini, general Hüseyn Əlixanovun yanvardakı açıqlamasından)

Keçmişin dəhşətli cəza üsulları olub. Daha dəhşətlisi odur ki, kimlər bu cəbr alət və üsulları kəşf edib, kimlər onların daim işlənməsinin ilhamverici qüvvəsi olub, sonda özləri də yaratdıqlarının, hərəkətdə saxladıqlarının qurbanı olub.

17-18-ci əsr Avropasının sərrast və qanlı cəza aləti gilyotin öncə hakim əllərinin silahına çevrilib, sonra isə həmin əllərin sahibləri də öz başlarını ondan qurtara bilməyib. İnqilablar dövrünün bu yaramaz ölüm maşını həyatların sonunun çatmasında xeyli məsafə qət edib.

Pis işlər gözəl sözlərlə başladığı kimi, bu edam maşınına zərif adlar yapışdırırdılar. “Madam gilyotin”, “şotland qızı” deyərək.. Kəskin terror yolu ilə mütləq hakimiyyətə can atan Robespyerin dəst-xəttində başlıca amil gilyotin idi. O qətiyyətli gilyotin terroru ilə kütlənin diqqət mərkəzində idi. O rəqiblərini, müttəfiqlərini, yüzlərlə insanı qan içində boğdu. Gilyotin onun fəaliyyətinin ən mühüm imkanı idi. Ancaq bu imkan axıra qədər zəif cüssəli liderə sədaqətli olmadı. Dövlət terroru ilə onun adı yanaşı çəkildiyi mühüm bir məqamda, onun gilyotinin ağzının sağı-solu biçməsinin tam zirvəsinə qalxmasından 3 ay sonra, 36 yaşında onun başı gilyotinin sərt zərbəsi ilə bu edamı həvəslə izləyən xalqın ayaqları altına diyirləndi.

Gilyotin heç onu ərsə gətirən, icad edən doktor Jozef Gilyotinə də rəhm eləmədi.

Doktorun da boynunu o alət üzdü. Məqsədim dar ağacını, gilyotini, elektrik stulunu və s. xatırlatmaq deyil. Bu cür cəza maşınlarının, metodologiyaların sonradan sahiblərini, ustadlarını diri-diri udmasını göz önünə gətirməkdir. Bir baxın, Azərbaycan iqtidarının idarəçilik metodologiyası əski zamanların qaydalarını xatırladır. Әn maksimalist cəza tədbirlərinə əl atılır. Hakim, müstəntiq tayfası ilk fürsətdəcə ittihamın üst qatını elan edir, istəyir. Həbsxanalarda məhbuslar min cür işgəncələrlə öldürülür.

Nümunəsi gözümüzün qarşısındadır: 14 saylı kolonda bədənin ən müxtəlif nahiyyələri yandırılmış Elşad Babayev. Elşad Babayev olayına şahidlik etdiyi güman olunan 10-dan artıq məhbus vərəmlilərin olduğu yerə aparıldığı və bunun onların axırına çıxmaq üçün olduğu iddia olunur. İslam partiyasının üzvü, 60 yaşlı Hacı Vaqif Axundov baxmayaraq ki, həkimlərin “türmədən buraxılmalıdı” çağırışı var idi, dünyasın orda dəyişdi. Yaxud da öldürüldü. Adam qan xərçəngindən əziyyət çəkirdi, 11 illik həbsə məhkum edilmişdi. Nəcib məqsədlər üçün mübarizə aparan siyasi məhbuslar karsa salınır, yaxın qohumları ilə görüşünə qadağa qoyulur. Hər cür məhdudiyyətlərin, təzyiqlərin məngənəsində boğulurlar. Gilyotin Fransada edam aləti kimi Cinayət Məcəlləsinə daxil idi, ancaq Elşad Babayevin (keçən ilin axırında türmədə işgəncəylə öldürülən 31 yaşlı gənc), adlarını sadaladığımızların başına gətirilənlər tam qanunsuzdur. Adi yazışmaları əllərindən alınır, məhkəmədə deyəcəkləri son sözləri odlu silah kimi müsadirə olunur, səhhətində kəskin xəstəlik olan yaşlı, gənc məhbuslara qanunvericilikdə nəzərdə tutulmuş hər hansı güzəşt imkanı tanınmır. Yazılı qanunların maksimum qatları tətbiq olunur, yazılmamış qaydaları sərt formada işə salmaqla mənəvi və fiziki işgəncləri təkmilləşdirirlər.

Yaxşı, tutaq ki, öldürdüyünüzü öldürdünüz, xəstə sala bildiyinizi xəstə etdiniz, günahsız adamların ömründən kəsdiniz, sonra nə olacaq? Düşünmürsüz ki, təkmilləşdirdiyiniz cəza növləri bir gün ən mükəmməl formada sizin canınızı, azadlığınızı məhv edəcək?

Siz yuxarıda haqqında danışdığım Robespyer ola bilməzsiniz. Adam terror yolu ilə kütlənin lideri idi, özünü inandırmışdı ki, inqilabı məhz, bu yolla qorumalıdır. Və nəfsindən də özünü qoruyurdu. Sizin kimi pul, vəzifə, komfort həyat üçün gilyotini sağa-sola çırpmırdı. Siz isə, ey rəzil adamlar, nə ideoji məqsədiniz var, nə sanballı hədəfiniz. Tarixə adam kimi adınızı yazdıra da bilməycəksiz. Yazdırsanız da, rüşvətxor, qanunsuz məmurcığaz kimi yazdıracaqsız.gilyotin-300x221

Kateqoriya:Kateqoriyasız

Həbslər təkcə qorxu yaradır?

Deyirlər, evinə girmiş oğrunu görüb tanımısansa, adın çəkmə. Sənin onu tanıdığını bildiyi halda səni ya öldürəcək, ya da bunu cəhd edəcək.
Azərbaycandakı siyasi həbslərdə də başlıca səbəb oğrunun ifşası idi. Xədicə İsmayıl sərvətləri talayanları, Anar Məmmədli və Bəşir Süleymanlı səsləri oğurlayanları ifşa etdiyi üçün həbs olunub.
Demək olar, hər kəs, bütün siyasi məhbuslar, təzyiqlərə məruz qalanlar ölkəni çapıb talayanları adı ilə çağırdığı üçün azadlıqdan məhrum ediliblər. Günahsız şəxslərin həbsxanaya atılması qısasçılıqdan və qəzəb hissindən doğmayıb. Rejim “ata, oğul və müqəddəs ruh”un əbədiliyinin pozulmaması naminə özünü müdafiə etmək və onu tənqid edənləri, ondan qorxmayanların səsin kəsməlidir deyə bu cəza tədbirlərinə davamlı əl atıb. Bütövlükdə ardıcıl həbslərin iki əsas məqsədi var: susdurmaq və qorxu mühiti yaratmaq. Konkret fərdlər susdurulur, geniş müxaliflər sırasında isə xof mühitinin yaradılmasına cəhd olunur. İlk halda Seymur Həzi kimi adamlar yazmaq imkanlarını, hüquq müdafiəçiləri vətəndaşların adi hüquqlarını müdafiə etmək imkanlarını hansısa bir zaman kəsimi itirirlər. Kürdəxanı qəsrindən kənarda olan dəyişiklik tərəfdarları riskləri göz önünə alaraq davam edirlər. Əlbəttə, Əliyev iqtidarının həbs dalğası bu gedişatı dəyişmək üçün savaşanları ovqatına hansısa formada mənfi təsir edir. Ancaq bütövlükdə hamını etirazçı fikirləri ifadə etməkdən, özünüsenzura etməsını yarada bilmirlər. Rejim üçün ən yaxşı halda bu həbslərdən azərhəsrətlər, rauf arifoğlular peyda olur.
Hər hansı təskinlik vermək düşüncəsindən uzaq olaraq həsblərin müxalifət hərakatına verdiyi pozitiv tərəflər üzərində də dayanmalıyıq.
Hər ifşa yazısında, rejimin repressiya maşının hədəfi olacağını bildiyi halda prinsiplərə bağlanıb yola davam etmək parlaq şəxsi nümunələr yaradır. Bizim kimi qanunların işləmədiyi, məhkəmələrin prezidentin bir əl işarəsi ilə qərar verdiyi bir ölkədə bu cür nümunələr olduqca önəmlidir. Cəsarətli şəxsi nümunələr cəmiyyət tərəfindən şərəf kimi qiymətləndirildiyi kimi narazı olub təşkil olunmuş etirazçılar qüvvələr sırasında dayanmağa tərəddüd edənləri ruhlandırır. Bir çoxlarının qorxu hissi ilə meydanı tərk etməsi, susması, mövqeyini dəyişməsi kənardan seyr edənlərdə ümidsizlik yaratdığı kimi cəsarətlilik nümayişi də qoşulmaq istəyənlərə ümid və inam verir. Prinsiplərini təhlükəsizliyə və maddiyyata qurban verənlər ikrah hissi doğurduğu kimi, prinsiplər naminə meydanda davam edənlər, şərlənib azadlıqdan məhrum olunanlar ləyaqət və qürur hissi yaradır. Məqsədə doğru getdiyin yolda sona qədər dəyərlərdən imtina etməmək cəsarətin göstəricisidir. Bu göstərici dəyişiklik arzusunda olanlar və bu arzunu qərara çevirməkdə tərəddüd edənlər üçün əhəmiyyətli dəstəkdir. Cəmiyyət həbs olunanlara görə iztirab hissi yaşadığı kimi bu şəxsi nümunələrdən- cəsarət örnəyindən ruhlanırlar. Bu bizim kimi tıranlığa qarşı savaşmış bütün xalqlara aiddir. Dinc mübarizə tərəfdarları üçün həlledici məqamdır. Azərbaycanda isə o cəsarət nümunəsini bəxş edənlər sırasında iki qadının olduğun nəzərə alsaq,  götür-qoy üçün yer qalmamalıdır.
Ardıcıl həbslər təkcə şəxsi nümunlər yaratmır. Cəmiyyətin müxalifətə olan etimadını artırır. Bir tərəfdən illərdir rejimin ştatlı mirzələri imkan olduqca təbliğ edirlər ki, İlham Əliyevə qarşı çıxanlar, meydandan çəkilməyənlər “şəxsi mənafe naminə müxalifətçilik edirlər”, “onlar da hakimiyyətə işləyir” kimi yaramaz bir tezisi darmadağın edir. Axı şəxsi mənafe üçün ortada dolananlar gözümüzün qabağındadır, onlar ucadan danışmazlar, müəyyən olunmuş hədləri keçməzlər, başlıcası azadlıqdan məhrum olunma riskini göz önünə almazlar. 

Bu etimad yola davam edənlərə inam, sevgi deməkdir. Meydanda tək qoymamaqdır.

Qeyri-zorakı mübarizə demək olar ki, bütün mərhələlərdə bəşəri dəyərlər uğrunda mübarizə olub. Tarixin bütün məqamlarında dinc mübarizə dağıdıcılıq, geridəqalmışlığa qarşı olub.  Bu mübarizədə cəsarətli olanlara etimad başqa şərtlərlə bərabər bəzən o mücadilələrin qələbəsi ilə nəticələndirən əsas faktorlara çevirlir.

Kateqoriya:Kateqoriyasız

İlham Əliyev neft kapitalını insan kapitalına necə çevirdi?

Bütün siyasətçilərin vətəndaşlara vədlər vermək imkanı var. Ancaq ali hakimiyyətdə əyləşib insanları yalanla idarə etmək yaramaz bir üsuldur. Sivil idarəçilik metdolarının tətbiq olunduğu, şəfaflığın təmin olunmasının dünyanın uzaq bir bucağında yaşayan tanışınla danışmaq qədər asan olduğu bir zamanda Əliyev komandasının hay-küylü təbliğatı çox eybəcər görünür. Bir çox hallarda isə yersiz populizm və ifşa olunması az zaman çəkəcək yalanlar üzərində qurulub. Ölkə başçısı İlham Əliyev 2011-ci ildən başlayaraq az qala hər çıxışında neft kapitalnı insan kapitalına çevirməkdən danışır. Onun onlarla çıxışından xeyli sayda eyni məzmunlu fikirlər tapmaq mümkündür. İ. Əliyevin hər çıxışındakı əsas tezislər kimi “Biz neft kapitalını insan kapitalına çevirməliyik” tezisi də bir çoxlarının yazılarının, çıxışlarının ana xəttinə çevrilir və sonra…

Və sonra məlum olur ki, növbəti bir yalan dövriyyəyə buraxılıbmış.

İnsan kapitalı bir insanın təkcə normal təhsil alması üçün yaradılmış imkanlar deyil. İnsan kapitalı təhsil, sağlamlıq, mədəni tələblərin yerinə yetirlməsidir. Baxmayaraq ki, Azərbaycan hakimiyyətinin qaragüruh təbliğatçıları təhsil, bilik və bacarıqların inkişafı ilə “insan kapitalı” anlayışını məhdudlaşdırıblar. Hətta belə olan təqdirdə neft-qaz gəlirlərini insan kapitalına çevirmək iddiasında olanların “uğurları”na baxaq:

Dünyanın ən yaxşı 500 universitetının adı açıqlanır, məlum olur ki, Azərbaycanın hər hansı universiteti bu siyahıda yoxdur.

Ən mötəbər reytinq cədvəllərində Azərbaycan təhsil səviyyəsinə görə aşağı yerlərdən birini- 71-ci yeri bölüşür.

Məlum olur ki, onsuz da  günü-gündən bərbad olan təhsil sistemimiz daha da geriləməkdədir və ötən 4-5 ilrzində hər il ali məktəbə sənəd verən tam yarısi 150-200-dən artıq bal toplaya bilməyib. Və bu az deyilmiş kimi 8945 tələbə təhsil haqlarını ödəyə bilmədikləri üçün oxuduqları təhsil ocaqlarından uzaqlaşdırılıb. 9 minə yaxın azərbaycanlı gənc 2500-3000 min manat vəsaitə görə təhsilini yarımçıq qoyur. Sağa-sola neft pullarını bəxşiş kimi paylayan bir hökumətin bu gənclərin təhsil haqqını ödəyəcək vəsaiti yoxdurmu? Yaxud onların təhsillərini ödənişsiz davam etdirməsi üçün dövlətin imkanları tükənibmi?

Budurmu insan kapitalını strateji hədəflərdən biri elan etmək? Bəlkə bizim xəbərimiz yoxdur, ölkənin gəncliyi 84 milyardın çıxarıldığı ofşor zonalarda təhsil alır?

Kateqoriya:Kateqoriyasız

Adi iştirakçılıqdan funksionallığa doğru

Növbəti mitinq əsas müzakirə mövzularından biridir. Çox istərdim ki, bu müzakirələrdə qarşıdakı mitinqin necə olacağı, ötən dəfəkindən hansı keyfiyyətlərinə görə yaxşı mənada fərqlənəcəyi sosial şəbəkə istifadəçilərinin, fəalların, mitinq istəyənlərin müzakirələrində baş mövzu olsun. Bu istiqamətdə olacaq geniş müzakirələr qarşıdakı tədbirə müsbət təsir edəcək.10712915_10152422880503848_1124342572153477618_n
Bu baxımdan bəzi fikirlərimi sizlərlə bölüşmək istəyirəm. Hamımız hazırlaşırıq, ancaq necə? Bir çoxlarımız kütləvi tədbirlərə adi iştirakçı kimi qatılırıq. Evdən çıxıb toplantıya yola düşərkən tək oluruq, meydana da tək gəlirik. Read more ›

Kateqoriya:Kateqoriyasız

Mövqelərin ən pisinin fəsadları

jirhafeti

Jirinovskinin ölkəmizə təşrif buyurması, az qala xilaskar rolunda qarşılanması çoxlarında təəccüb doğurdu ki, necə olur bu adam bizə qoyun deyir, həm də ölkəyə gəlir. Sizcə, Jirinovskinin paytaxta rahat səfəri son bir-iki həftənin işidir? Necə oldu ki, “Azərbaycan xalqı qoyundur” deyən adam ölkəyə rahatlıqla səfər edə bildi? Azərbaycan hakimiyyəti illərdir bunun üçün iş aparıb. Öz sıralarında söyüşçüllərin dəstəsini yaradıb. Azərbaycanlıların bu dəstənin simasında söyüşə immunitetini formalaşdırıb. Formalaşdırıb ki, Jirinovski də Azərbaycana gələndə rahatlıqla, komplekssiz qarşılansın.

Etibar Hüseynov ölkəni idarə edən ailənin TV-sindən ləyaqətli adamları təhqir etmirdimi? Hər cür söyüşlər, ədəbsizliklər bu adamın dili ilə Azərbaycanlıların evinə daxil olmurdumu? Nəticədə bu adam yüksek qiymət-deputat mandatı alıb parlamentdə oturmadımı? Və ya Hafiz Hacıyev bu gün ailəsinin, oğlunun, qızının rifahını, güzəranını hakimiyyətin “söy” tapşırıqlarını yerinə yetirməklə təmin etməyibmi? Seçki zamanı Hafizin söyüş və təhqirləri ilə birgə iqtidar mediasında ön səhifələrdə olması onun övladlarının maşınını, yüksək yerlərdə işinin əldə olunmasına gətirib çıxarmadımı? Azərbaycan iqtidarı Jirinovski bu ölkəyə gələnə qədər söyüşün hündür tribunalarını qurub, ora adını çəkdiyim tipləri dırmaşdırıb ləyaqətli insanları söydürdü, sizlərə eşitdirdi və sonra nə etdi? Şərəfli tarixin məhsulu olan BDU-nun müəllimlərini könüllü olmasa da Hafizin mitinqlərinə göndərdi, həmvətənlərimizi bu kirli işə şahidlik etdirdi və ən sonda nə etdi? Ən sonda öz himayəsində qurdurduğu söyüş tribunasına məhz hamımızı aşağılamış Jirinovskini gətirdi və nöqtə qoydu. Qoyulan nöqtə nədir? Laqeydliyimiz, ictimai qınağı olmayan bir toplum olmağımız. Zamanında, sevgili həmvətənlər, etibarlara, hafizlərə etiraz etmədik. Hətta ora qədər laqeyd olduq ki, qurucu babalarımızın fədakarlıqla qurduğu universitetin müəllimləri bu tör-töküntülərin mitinqinin iştirakçısı oldu. Ölkənin çoxminlik müəllim ordusu belə bir rüsvayçı olaya dərin dözümlülük nümayiş etdirdi.

Meydanlarda millətimizin bir hissəsi saxta seçkiyə etiraz edəndə Etibar Hüseynovun deputat təyin olunduğu dairənin seçicilərinden səs gəlmədi. Bu söyüş tarixçəsinin son sehifəsi Jirinovskinin rahat Bakı səfəri oldu. Qutsal Şəhidlərimizin məzarına gəlişi təhqir oldu. Bu imkanı Azərbaycan iqtidarının riyakarlığı və bizlərin laqeydliyi yaratdı.

93 yaşlı Stefan Essel bizim kimi azadlığa, demokratik dəyərlərə, ədalətə təşnə olan millətlərə tutaraq avtoritar quruluşlara ədavət hissi bəsləməklə, hiddət ifadə etməklə bəsləmək çağırışları dolu “Hiddətlənin!” əsərini yazmaqla xitab edir. Və deyir: “Mövqelərin ən pisi laqeydlikdir!”

İndi əziz həmvətənlər, biz ən pis mövqeyi-laqeydliyi xarakerimizdə yaşatdıqca millətimizə və hər birimizə qarşı ən pis mövqedə olanların rahat səfərlərinin və təhqirlərinin şahidi olacağıq.

Tagged with: , ,
Kateqoriya:Kateqoriyasız

Obamanın Azərbaycan çağırışı

ABŞ prezidentləri hər zaman və ya hər il avtoritar, qanunları etirazçı vətəndaşları cəzalandırmaq üçün vasitəyə çevrimiş Azərbaycan iqtidarı kimi hakimiyyətlərə səhvlərini xatırlatmırlar. İnsan hüquq və azadlıqları ilə bağlı ABŞ-Azərbaycan arasındakı münasibətlər son dərəcə gərginləşib. Bunun nəticəsidir ki, ABŞ prezidenti Əliyev iqtidarının son dönəmdə həyata keçirdiyi həbslərə münasibət bildirib.

Dünyanın ən nüfuzlu tribunasından Azərbaycanın adı dünyanın başqa avtoritar ölkələri siyahısına əlavə olunur. İlham Əliyev iqtidarı ilə bağlı ən yüksək tribunalardan “vətəndaşlarının hüquq və azalıqlarına hörmət et” çağırışları səslənir. Azərbaycan iqtidarına xatırladılır ki, səhv yoldadır, qanunları cəza imkanına çevirməyi diqqətdədir.

Obamanın bu çağırışında ABŞ üçün başlıca maraq kimi insan hüquqlarına və demokratiyaya sədaqət önə çəkilir. Bunu İlham Əliyev iqtidarının enerji amilinə söykənib, ona etiraz edənləri şər-böhtanla həbs etmə siyasətinə cavab da adlandırmaq olar.

Avropa Birliyi parlamentinin sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməsi, ardınca ABŞ prezdentinin Azərbaycan reallıqlarını dəqiq ifadə edən nitqi Əliyev iqtidarı üçün “repressiyaları dayandır” işarəsidir. Bu, İlham Əliyevə “həbsdə olanları azad et” çağırışı deyil təkcə. Həm də adamlara “xuliqan, narkoman, vətən xaini” damğası vurub həbsə atmağın sonunun yaxşı olmaycağını xatırladan bəyanatdır.

Obamanın Azərbaycana yönəlik çağırışı həm də ölkəmizdə dəyişiklik üçün savaşanlara bir mesajdır. Öz ölkələrində bizlər kimi azadlıqlar üçün mübarizə aparanlara isti münasibət, nikbinlik mənbəyidir. ABŞ və Avropanın nüfuzlu tribunalarından səslənən bu haqlı çağırışlar bizim fəalların tutqun çöhrəsindəki qırışığı açır. Ancaq sivil dünyanın bu cür pozitiv mesajları Azərbaycanın azadlıqsevər insanlarını, fəallarını əsas işdən yayındırmamalıdır. Dünyanın o başından atılan istənilən bu cür addım bizə sadəcə, dəstəkdir, dəyişiklik üçün əsas imkanların yaradılması deyil. Bu çağırışlar hakimiyyəti geriyə sıxışdırmaq, sıralarımızı genişləndirmək üçün əla imkandır.

Kateqoriya:Kateqoriyasız

Tək çıxış yolu- təşkilatlanmaq

Paytaxtın küçələri yolları işıqlandırıldıqca, binaların fasadları ağardıqca vətəni zülmətə bürüyürlər. Ölkəni qaranlıqlar içərisində idarə etmək istəyirlər. Hər tərəfdə zülmət, xof, qorxu bərqərar etmək cəhdindədirlər. Bunun üçün əllərindəki mümkün vasitlərindən, ən çox da həbslərdən yararlanırlar. Ardıcıl həbslər, təzyiqlər qorxu yaradırmı? Əlbəttə, yox. 2011-ci ilin tələsik və alovlu 2 aprel mitinqindən sonra demokratik cinahda həbslərə hamı tərəfindən ümumi bir münasibət yaranmışdı: həbslər adiləşdi. İndi isə adiləşmiş həbslərdən “qorxmuruq” reaksiyası var. Gerçəkdən qorxu yaranmır. İlham Əliyevin bu siyasətinə “qorxmuruq” cavabında reallıq hissini itirmək yoxdur. Hər kəs anlayır ki, “qaranlıqların aydınlığa çevrilməsi “ üçün yanmaq az qala görəvdir. 2009-cu ildə “Dezrjiniskinin” həbsxana gündəliyində çara etiraz edən gəncəcik qızların işgəncələrə müqavimətini oxuduqda “köklü dəyişikliklərə yol həbsxana divarları arasından keçir” yazmışdım. Ziyalı gənc bir xanım bu cür fikirlərin insanların qəlbində qorxu yaratdığı şərhini yazmışdı. Zaman elə gətirdi ki, sıralarımızdan 17-18 yaşlı gənclərv və xanım Leyla Yunus məhbus oldu. Həbslərsiz olmur, cəza aparatı İlham Əliyevi Siyavuş Novruzovu başqa cür yap kreslosunda qoruyub saxlaya bilmır. Həbslərin fəallarda hakimiyyətin istdəyi qorxunu yaratmamasına əminliyimiz var. Ancaq suallar da var. Hər həbsdən sonra “növbə kimindir”, “həbsləri durdura biləcəyikmi” sualları yaranır. Talançı iqtidarın hər həbs addımından sonra məhkəmə önünə toplaşmaq, məhkəmlərdə iştirak, sosial şəbəkələrdə əzm nümayişi, hər cür müdafiə, dəstək hərəkətləri zəruridir. Ancaq yetəlidirimi? Bunlar dostlarımızı azad edə bilirmi, yenilərin həbsinə mane olurmu? O zaman çıxış yolu nədir? Təşkilatlanmaq. Təşkilatlanmaq yüzlərin, minlərin on minlərə intizamlı çevrilməsidir. Təşkilatlanmaq sifarişli məhkəmə qərarlarını qorxaq hakimlərin üzünə çırpan kütləvilikdir. Rejimə hiddət ifadə edən sistemli və idarə olunan çoxluqdur.Təşkilatlanmaq bizim məhkəmə qarşısındakı həm də özünü müdafiə tədbirlərimizdən xəbəri olmayan, xəbəri olub tərəddüd edənlərə əl uzadıb yatmış kütlənin içindən sırlarımıza çəkməkdir.
1915626_105227296155333_1066813_n
Təşkilatlanmanın konkret zamanı varmı? İndiyədək ölkənin aparıcı partiyası, gənclər təşkilatları təşkilatlanma istiqamətində müəyyən səviyədə iş aparıb. Uğurlu nəticələr də var. Ancaq bu ali məqsədə çatmaq üçün yetərli deyil. Odur ki, indi bir daha sıraların genişlənməsi üçün cəmiyyətin siyasi fəallığının artacağını, hər hansı seçki dövrünü gözləmək gecdir. Təşkilatlanmaq üçün bu gün vaxtdır, sabah gecdir. Kütləvi narazılar varsa, onların fəal etirazçıya çevrilməsinin zamanıdır.
Təşkilatlanmanı kimlər həyata keçirməlidir? Təşkilatlanma böyük miqyaslı işdir. Tərəddüdlü, hökumətin yaratdığı problemlərdən əziyyət çəkənlər, ölkəsini başqa cür görmək istəyənlər qruplara bölünməklə təşkilatçıların hədəfində olmalıdır. Təşkilatçılar hər yerdə- avtobusda, toyda, yasda hökuməti sərt tənqid etməklə, ifşa etməklə insanları cəlb edə bilməz. Bu sadəcə mövcud iqtidar komandasının və onun rəhbərinin ifşası ola bilər. Dağınıq, nizami olmayan, ucadan sərt çıxışlar əksinə kimlərisə qorxuda bilər. Yenilərin cəlbi planlaşdırılmış iş və təlimatlandırılmış komanda tərəfindən həyata keçirilməlidir. Təşkilatlanma siyahını qarşıya qoyub zəng və ya mesajla adamları bir yerə, bir meydana çağırmaq deyil. Hansısa fors-major məqamda adamları meydana çəkmək olar. Bunun üçün bir anda cəmiyyətdə bomba kimi partlayan, əksəriyyəti hiddətləndirən nəsə baş verməlidir. Hətta bu məqamda da xüsusi hazır qruplar olmasa, yönləndirmək, zorakılıqdan uzaq tutmaq komandaları olmasa, həmin enerji heçə çevriləcək. Təşkilati iş ardıcıl, məsuliyyətli, təmkinli olmağı tələb edir. Həm də bu proses boyunca görəvləndirilmişləri ruhlandırmaq, onlara bunu artıq bacara bildiklərini aşılamaq zəruridir. Əksi olan bir mənalı danlaq, “siz bacarmadınız” mesajları işi bəri başdan uçuruma yuvarlamaqdır.
10565081_816417358389347_802474747381668906_n

Hazırda bizim təşkilatlanma üçün imkanlar hansı səviyyədədir? Ardıcıl repressiv tədbirlər dərin qorxu yaratmırsa, əksinə hiddət ve dönməzlik yaradırsa, ortada kifayət qədər şəxsi nümunələr- həbsdə olan əfvdən imtina edib nisbi azadlıqda olanlara ruh vermələri varsa, bu əla imkanlar yaradır. Hökuməti ifşa edən müxtəlif janrlı yazılar, siyasətçilərin nitqləri bizim hədəf qruplarını düşünməyə vadar edir. Ən azından məlumatlandırır. Bu fürsətləri qaçırmaq işə zərbədir. Ən mühüm məqamlardan biri odur ki, qarşı tərəfi idealistcəsinə dəstəkləyənlər yoxdur. Əgər demokratlara yaxın media qurumları yüksek reytinqlə, hakim partiyanın mətbu orqanları sıfır reytinqlə oxunursa, deməli, cəmiyyətin informasiyalı təbəqəsinin maraq və diqqəti bizdədir.
Sonda tarixi bir faktı, nümunəni sizlərə çatdırmağı əhəmiyyətli bilirəm. Hazırda iqtidar sahibi olan Ukraynanın keçmiş müxalifəti ötən seçkiyə 30 min məntəqə üzrə 1.5 milyon könüllü kampaniyası hazırlamışdı. Yəni hər məntəqədə 50 nəfər könüllü səslərin qorunması üçün savaşmalı idi. Milyon yarım ukraynalı təkcə seçki müşahidəçisi idimi? Məhz, Avromeydana toplaşıb Yanukoviçi dəyişənlər onlar idi.
Belə bir nümunə bizə nə deyir? Yüzlərlə təşkilatçının ardıcıl, planlı iş sisteminə keçməsi üçün gecikmirikmi?

aa

Kateqoriya:Kateqoriyasız